İlan Şor: "Moldovanın 2030-cu ilədək Avropa İttifaqına daxil olmaq şansı sıfırdır"

Moldovalı müxalifətçi İlan Şor sərt açıqlaması ilə gündəmi alt-üst edib.
BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, o Moldovanın 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq şansınını sıfıra bərabər olduğunu vurğulayıb:
"Moldovanın 2030-cu ilə qədər, 2028-ci ilə qədər Avropa İttifaqına daxil olma şansı sıfırdır. Çünki AB ölkələrinin əksəriyyəti buna qarşıdır".
Onun sözlərinə görə, Avstriya, Niderland, Fransa və digər dövlətlər artıq bildiriblər ki, bu onların prioritetləri deyil.
Şor onu da vurğulayıb ki, "Yenidən birləşmə" haqqında ən çox danışan Rumıniya Moldovanın ixracatını özü bloklayır.
O əlavə edib ki, keçirilən referendum sadəcə oyundur.
Şorun sözlərinə görə, hakimiyyət xaricdə səsverməni məhdudlaşdırıb, Rusiyada yalnız iki seçki məntəqəsi açıb.
Aprelin 24-də Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Kişinyova səfəri zamanı bildirib ki, Moldova 2028-ci ildə Avropa İttifaqına qoşula bilər, əgər hakimiyyət islahatlar prosesində irəliləyiş əldə edərsə...
Xatırladaq ki, oktyabrın 26-da Moldvanın Mərkəzi Seçki Komissiyasının (MSK) Kişinyovun Avropa İttifaqına daxil olması ilə bağlı keçirilən referendumu qəbul etdiyini və nəticələrini təsdiqlədiyini bildirib.
Rəsmi məlumatlara görə, ölkə əhalisinin 50,46%-i Moldovanın Aİ-yə daxil olmasının lehinə, 49,54%-i isə əleyhinə səs verib. "Zəfər" gənclər blokunun lideri Yuri Vitnyanski bildirib ki, Moldova əhalisi Avropa inteqrasiyasına hazır deyil, bunu keçirilən referendumun nəticələri göstərir.

Oxşar xəbərlər
Meyitləri parçalayıb təcrübə aparan qadın saxlanıldı
ABŞ-nin Texas ştatında dəhşət doğuran bir hadisə yaşanıb. "Capital Mortuary Services" adlı dəfn evində çalışan 50 yaşlı Adeline Nqan-Binh Bui meyitlər üzərində...