İki gün əvvəl qəza keçirən aktyor: "Sağ qabırğamda 6 sınıq var"
"Gönül Dağı" serialının aktyoru Berk Atan keçirdiyi qəzadan sonra ilk dəfə açıqlama verib.
BAKU.WS xəbər verir ki, o sağ qabırğasında 6 sınıq olduğunu bildirib. Onun sınan sümüklərinin bəziləri ağ ciyərinə girib. Qığırdaq sümüklərində isə parçalanma var.
Berk səhhəti ilə maraqlanan onun üçün narahat olan dostlarına minnətdarlığını bildirib.
Onun müalicəsi yerləşdirildiyi xəstəxanada davam etdirilir.
Qeyd edək ki, aktyor Berk Atan iki gün əvvəl avtomobil qəzası keçirib. Hadisə aktyor İstanbuldan Sivrihisara gedərkən yaşanıb.
Qəza nəticəsində Berkin onurğa və qabırğaları sınıb.
Xatırladaq ki, Berk hazırda "Gönül Dağı" adlı ekran işində rol alır.
Oxşar xəbərlər
Trampdan mesaj: "Hörmüz ABŞ üçün prioritet deyil"
ABŞ Prezidenti Donald Trump Hörmüz boğazı ətrafında yaranmış gərginliyə münasibət bildirərək diqqətçəkən açıqlama verib. BAKU.WS xəbər verir ki, Ağ Evdə xalqa...