Hörmüz boğazının blokadası dünyada ərzaq qiymətlərini artıra bilər

Hörmüz boğazının blokadası dünyada ərzaq qiymətlərini artıra bilər
Dünya 41

İranın Hörmüz boğazını uzun müddət blokadada saxlaması dünya üzrə ərzaq qiymətlərinin artmasına səbəb ola bilər. Bu barədə BMT-nin Ticarət və İnkişaf Konfransının hesabatına istinadən TASS məlumat yayıb.

BAKU.WS xəbər verir ki, məlumata görə, regionda gəmiçilik fəaliyyətinin pozulması logistika xidmətlərinin, sığorta və yanacaq xərclərinin artmasına gətirib çıxaracaq. Bu isə dəniz daşımalarının müddətini uzadaraq bir sıra ərzaq məhsullarının son istehlakçı üçün bahalaşmasına səbəb ola bilər.

Analitiklər bildiriblər ki, belə vəziyyətdə ən çox zərər görən az gəlirli və həssas sosial qruplar olacaq. Artıq mövcud gərginlik dünya bazarında neft qiymətlərinin sürətlə artmasına səbəb olub ki, bu da ərzaq məhsullarının qiymətinə birbaşa təsir göstərir.

BMT xatırladıb ki, əvvəlki enerji böhranları zamanı da qida məhsullarının bahalaşması qeydə alınmışdı.

Daha əvvəl BMT Hörmüz boğazından gəmilərin tranzitinin demək olar ki, tam dayandığını bildirmişdi. Martın əvvəlində gündəlik keçid göstəricisi 97 faiz azalıb. Hazırda boğazdan gün ərzində cəmi 3–6 gəmi keçir.

İranın İnqilab Keşikçiləri Korpusu isə ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyatları dayandırılana qədər boğazın blokadasını davam etdirəcəklərini bəyan edib.

Son xəbərlər