"Hizbullah" İsraillə danışıqlardan imtina edib
"Hizbullah" qruplaşmasının baş katibi Naim Qasım İsraillə hər hansı danışıqlar keçirilməsinə qarşı çıxıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qasımın bu barədə bəyanatını "Mehr" Xəbər Agentliyi yayıb.
"Hizbullah"ın baş katibi Livan hökumətini müqavimətin daxili potensialı zəiflətməkdə ittiham edib. Bununla yanaşı, ölkənin baş nazirini əməkdaşlığa çağırıb: "Gəlin birlikdə təcavüzə qarşı duraq, sonra hər şey barədə razılığa gələrik".
"Biz (israillə - red.) hər hansı danışığı rədd edirik. Bu danışıqlar nəticəsizdir və gedişatı dəyişmək üçün Livanın daxili həmrəyliyə ehtiyacı var", - N. Qasım vurğulayıb.
Qeyd edək ki, aprelin 14-də Vaşinqtonda hər iki ölkənin ABŞ-dəki səfirlərinin rəhbərlik etdiyi Livan və İsrail nümayəndə heyətlərinin ilkin danışıqları keçiriləcək.
Oxşar xəbərlər
Türkiyədə məktəbdə silahlı insident törədən məktəblinin atası saxlanıldı - DETALLAR
Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücumla bağlı yeni detallar açıqlanıb. BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, Ayşel Çalı...