Hindistanın Baş naziri G7 sammitinə dəvət almayıb – SƏBƏB

Hindistanın Baş naziri G7 sammitinə dəvət almayıb – SƏBƏB
Dünya 120

Hindistanın Baş naziri Narendra Modi son altı ildə ilk dəfə "Böyük Yeddilik" (G7) sammitində iştirak etməyə bilər.

BAKU.WS xəbər verir ki, bu barədə "India Today" yazıb. 

Məlumata görə, səbəb Hindistan ilə Kanada arasında gərgin münasibətlərdir.

Qeyd olunur ki, Hindistan rəsmi olaraq G7 ölkələrinin tərkibində deyil, lakin son illər bu ölkənin rəhbərliyi tədbirə qonaq qismində dəvət olunurdu. Bu il sammit 15–17 iyun tarixlərində Kanadanın Kananaskis kurort bölgəsində keçiriləcək.

Mənbəyə görə, Hindistan hələlik Kanadadan rəsmi dəvət almayıb. Bununla belə, Modi dəvət alsa belə, onun iştirak etməsi şübhə altındadır. Buna səbəb 2023-cü ilin sentyabrında Ottava ilə yaşanan münaqişədir. Həmin vaxt Kanadanın sabiq baş naziri Castin Trüdo Hindistan hakimiyyətini Kanadada yaşayan siqh icmasının liderlərindən biri olan Hardeep Singh Nijjar-a qarşı təşkil olunmuş hücumda ittiham etmişdi. Nijjar Hindistanın Pəncab ştatında "Halistan" adlı müstəqil siqh dövləti yaradılmasını müdafiə edirdi.

Bundan sonra Kanada altı hind diplomatını, o cümlədən Hindistanın Kanadadakı ali komissarı Sanjay Kumar Vermanı ölkədən çıxarmaq qərarına gəlmişdi. Kanada hökumətinin məlumatına görə, bu şəxslər siqh separatçıları ilə bağlı kəşfiyyat məlumatları toplayırdı və həmin şəxslər daha sonra zorakılığa məruz qalmışdı.

Son xəbərlər