Hindistan və Pakistan arasında döyüşlər başladı

Hindistan və Pakistan arasında döyüşlər başladı
Video
Dünya 309

Cammu bölgəsində Hindistan və Pakistan arasında yerləşən beynəlxalq sərhəddə ağır silahlı qarşıdurmalar baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə RT məlumat yayıb.

İnternetdə yayılan görüntülərdə artilleriya atəşlərinin səsi eşidilir.

Bildirir ki, bu dəfə insident adətən olduğu kimi nəzarət xəttində deyil, məhz rəsmi beynəlxalq sərhəddə baş verib ki, bu da vəziyyətin daha da ciddiləşdiyini göstərir.

Hadisədən təxminən bir saat əvvəl Hindistanın Baş naziri Narendra Modi Silahlı Qüvvələrə terror aktına cavab olaraq istədikləri zaman və formada hərəkət etmək üçün tam səlahiyyət verdiyini açıqlayıb. O, Hindistan ordusunun bacarıqlarına inam ifadə edib.

Bir gün əvvəl isə Pakistanın müdafiə naziri Xavadja Asif Hindistanla toqquşmanın 2-4 gün ərzində genişmiqyaslı müharibəyə çevrilə biləcəyini bildirmişdi. O vurğulamışdı ki, ölkəsi hərbi cavab verməyə tamamilə hazırdır.

Oxşar xəbərlər

Son xəbərlər