Hindistan Pakistandan uçuşları qadağan etdi – Hava məkanı bağlanır

01
may
2025
10:40
Hindistan 23 may tarixinədək Pakistana məxsus və ya bu ölkə tərəfindən idarə olunan bütün uçuşlara hava sahəsini bağladığını elan edib.
BAKU.WS sondakika-ya istinadən xəbər verir ki, qərarla bağlı müvafiq NOTAM (uçuş bildirişi) yayımlanıb.
Qərarda qeyd olunub ki, qadağa həm mülki, həm də hərbi təyyarələrə, eləcə də Pakistan tərəfindən icarəyə götürülmüş bütün hava nəqliyyatına şamil edilir.
Qeyd edək ki, Pakistan da cavab olaraq 24 aprel tarixində Hindistana məxsus və Hindistan tərəfindən idarə olunan bütün uçuşlar üçün hava sahəsini bağladığını açıqlamışdı.

Oxşar xəbərlər
BMT: Əsəd rejimi devrildikdən sonra 1,4 milyondan çox suriyalı evinə qayıdıb
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) Suriyada Bəşər Əsəd rejiminin 8 dekabr 2024-cü ildə devrilməsinin ardından 1,4 milyond...