Hamilə qadın pilotsuz taksidə uşaq dünyaya gətirdi

Hamilə qadın pilotsuz taksidə uşaq dünyaya gətirdi
Dünya 135

ABŞ-nin Kaliforniyadakı xəstəxanasına tələsən hamilə qadın uşağını birbaşa pilotsuz taksinin içində dünyaya gətirib.

BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, taksinin dəstək komandası bort kameraları və səs sistemi vasitəsilə avtomobilin salonunda qeyri-adi hərəkətlilik olduğunu müşahidə edib. Mütəxəssislər dərhal 911 xidmətinə məlumat verib və eyni zamanda qadınla əlaqə saxlamağa çalışıblar ki, vəziyyətinin yaxşı olduğuna əmin olsunlar.

Lakin hadisələr çox sürətlə inkişaf edib və qadın təcili yardım gəlməmişdən əvvəl avtomobilin arxa oturacağında uşaq dünyaya gətirib.

Hadisədən sonra avtomobil protokola uyğun olaraq dərhal xətdən çıxarılıb, təmizlənməsi və sistemlərinin yoxlanılması təşkil olunub. Şirkət bildirib ki, bu cür hallar nadir baş verir, lakin pilotsuz taksidə baş verən ilk doğuş deyil.

Oxşar xəbərlər

Ermənistan Azərbaycanın COP17-də iştirak edəcəyinə ümid edir

Ermənistan Azərbaycanın COP17-də iştirak edəcəyinə ümid edir

Ermənistan 2026-cı il oktyabrın 18-30-da İrəvanda keçirilməsi planlaşdırılan BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17...

82 Dünya 17:47 26 yanvar 2026

Son xəbərlər