Hacı namizədləri şeytan daşlayıb, həcc ibadətini tamamladılar

Hacı namizədləri şeytan daşlayıb, həcc ibadətini tamamladılar
Dünya 15

Ərəfatda vəqfəyə duran və daha sonra avtobuslarla Müzdəlifəyə yollanan hacı namizədləri burada namaz qılıb, dua etdikdən sonra şeytan daşlama mərasimi üçün daş toplayıblar.

BAKU.WS xəbər verir ki, müsəlmanlar gecə yarısından etibarən qruplar halında təxminən 3,5 kilometrlik yolu piyada qət edərək Cəmərat bölgəsinə çatıb. Burada onlar böyük şeytan hesab edilən "Əqəbə Cəmrəsi"nə 7 daş atıblar.

Şeytan daşlama mərasimindən sonra zəvvarlar piyada şəkildə Kəbəyə gedərək ziyarət təvafı ibadətlərini yerinə yetiriblər. Daha sonra saçlarını qırxdıraraq ehramdan çıxıblar.

Beləliklə, həcc ibadətini tamamlayan müsəlmanlar hacı adını qazanıblar.

Məlumata görə, bəzi hacılar isə bayram günlərində ziyarət təvafı ibadətlərini davam etdirəcəklər.

Həcc mərasimləri boyunca zəvvarlara həm aidiyyəti şəxslər, həm də xeyriyyəçilər tərəfindən su, xurma və müxtəlif qidalar təqdim olunub.

Hacılar Qurban bayramının ikinci və üçüncü günlərində də şeytan daşlama mərasimini davam etdirəcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər