"Haber Global": "Suriyada vəziyyət dəyişir, ABŞ bölgədən çəkilir"

Haber Global: Suriyada vəziyyət dəyişir, ABŞ bölgədən çəkilir
Video
Dünya 61

"Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrindən alınan məlumata görə, Suriya və Kipr məsələlərində mühüm irəliləyişlər baş verir. Son günlərdə Suriyanın cənubunda hərbi əməliyyatlarla bağlı qismən sakitlik müşahidə olunur".

BAKU.WS xəbər verir ki, bu barədə "Haber Global" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

Məlumata görə, hakimiyyət qurumları Suriyadakı son vəziyyəti yaxından izlədiklərini bildiriblər.

"Həmçinin ABŞ əsgərlərinin bölgədən çəkilməyə başladığı da vurğulanıb ki, bunun bölgədəki qüvvələr balansına təsir göstərə biləcəyi hesab edilir.

Kipr məsələsi ilə bağlı isə hələlik ətraflı məlumat paylaşılmayıb, lakin diplomatik təmasların davam etdiyi nəzərə çatdırılıb.

Türkiyə Xarici İşlər Nazirliyinin mənbələri aprelin 26-da Suriyanın Qamışlı şəhərində keçirilən "Kürd birliyi və yanaşması" adlı konfransa diqqət çəkib. Nazirlik konfransda verilən mesajların Suriya rəhbərliyi ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında əldə olunan razılaşmaya uyğun olmadığını vurğulayıb.

Suriya rəhbərliyi də açıqlamasında konfransda səsləndirilən fikirlərin razılaşmanın ruhuna zidd olduğunu qeyd edib. Bununla yanaşı, tərəflər arasında daha əvvəl əldə edilmiş razılaşmanın həyata keçirilməsinin zəruriliyinə bir daha diqqət çəkilib.

XİN mənbələri, həmçinin bildiriblər ki, Türkiyənin çağırışına PKK tərəfindən müsbət cavab verilməsi silahların yerə qoyulması və bölgədə normal vəziyyətə dönüş prosesinin qarşısının alınmaması baxımından kritik əhəmiyyət kəsb edir", - deyə materialda bildirilib.

Daha ətraflı videosüjetdə:

Son xəbərlər