Gürcüstanda yanvarın 9-u matəm günü elan edilib

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, yanvarın 9-u ölkədə matəm günü elan olunub.
"Report"un yerli bürosu xəbər verir ki, qərar Qal rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlıdır.
Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib. Yanğın nəticəsində kənddəki taxta ev tamamilə külə dönüb. Yanğında beş azyaşlı uşaq həyatını itirib.
Rəsmi məlumatlara görə, həlak olan uşaqların dəfn mərasimi sabah keçiriləcək.
Matəm günü ilə əlaqədar ölkədə dövlət qurumlarında bayraqlar endiriləcək və bir çox tədbirlər təxirə salınacaq.
Gürcüstan hökuməti vətəndaşları həmrəylik göstərməyə və ehtiyac duyulan ailələrə dəstək olmağa çağırıb.
Oxşar xəbərlər
Firon məzarlarından dərman tapıldı: Əvvəllər lənət sanılırdı, indi isə xərçəngə çarə ola bilər
Misirdə firon məzarlarında uzun illər boyunca qorxu yaradan bir göbələk növü ilə bağlı aparılan araşdırmalar maraqlı nəticə verib. BAKU.WS xəbər verir ki, ABŞ-n...
