Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib

Dünya çempionatı: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
İdman 57

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu, yarışın püşkatma mərasimindən sonra müəyyənləşib.

Tədbirdə Beynəlxalq Cüdo Federasiyasının rəsmiləri, Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu, ACF-nin vitse-prezidenti Elnur Məmmədli, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov və digər şəxslər iştirak ediblər.

Azərbaycan cüdoçularının ilk rəqibləri:

Qadınlar

48 kq

1/32 final

Şəfəq Həmidova – Nataşa Razafindrakalo (Madaqaskar)

1/16 final

Könül Əliyeva – Mari Di Varqas Ley (Çili)

52 kq

1/16 final

Gültac Məmmədəliyeva – Gefen Primo (İsrail)

57 kq

1/32 final

Xədicə Qədəşova – Janar Joldoşeva (Qırğızıstan)

63 kq

1/16 final

Hanna Zaytseva – Pey Çun Yuan (Tayvan) / Anna Kriza (Macarıstan) cütünün qalibi ilə

70 kq

1/32 final

Südabə Ağayeva – Ai Tsunoda Roustant (İspaniya)

+78 kq

1/16 final

Madina Kaisinova – Asya Tavano (İtaliya)

Kişilər

60 kq

1/16 final

Balabəy Ağayev – Artsiom Kolasau (Belarus) / Dilşot Xalmatov (Ukrayna) cütünün qalibi ilə

Əhməd Yusifov – Baxrom Boturov (Özbəkistan) / Tumenjarqal Tuvşintur (Monqolustan) cütünün qalibi ilə

66 kq

1/32 final

Turan Bayramov – Radu İzvoreanu (Moldova)

Nizami İmranov – Vaja Marqvelaşvili (Gürcüstan)

1/16 final

Ruslan Paşayev – Serdar Rahimov (Türkmənistan) / Adrian Nieto Çinarro (İspaniya) cütünün qalibi ilə

73 kq

1/32 final

Hidayət Heydərov – Akil Qyakova (Kosovo)

1/16 final

Rəşid Məmmədəliyev – Adil Osmanov (Moldova) / Castin Lemir (Kanada) cütünün qalibi ilə

81 kq

1/32 final

Vüsal Qələndərzadə – Hristo Valkov (Bolqarıstan)

1/16 final

Zelim Tçkayev – Timoti Meuvsen (Cənubi Afrika Respublikası) / Viktor Sterpu (Moldova) cütünün qalibi ilə

Ömər Rəcəbli – Sibqatullah Arab (IRT) / Mahamadu Dukara (Mali) cütünün qalibi ilə

90 kq

1/32 final

Elcan Hacıyev – Aleksander Knauf (ABŞ)

Süleyman Şükürov – Kornelius Eylertsen (Norveç)

1/16 final

Murad Fətiyev – Yahor Varapayev (Belarus) / Teodoros Tselidis (Yunanıstan) cütünün qalibi ilə

100 kq

1/32 final

Zelim Kotsoyev – Baymırat Majanov (Türkmənistan)

+100 kq

1/16 final

Uşanqi Kokauri – Emirxan Joldoşkazıyev (Qırğızıstan)

Kənan Nəsibov – Losseni Kone (Almaniya) / Vidak Malyeviç (Serbiya) cütünün qalibi ilə

Camal Qamzatxanov – Fransisko Solis (Çili)

Qarışıq komanda yarışı

1/16 final

Azərbaycan - Avstriya

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında mübarizə aparacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər