"Qrin kart" lotereyasına qeydiyyat pulu bu qədər olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamenti ölkədə daimi yaşayış icazəsi - "qrin kart" ("green card") əldə etmək istəyənlərin iştirak etdiyi illik lotereyada 1 dollar məbləğində qeydiyyat rüsumu tətbiq etməyi təklif edib.
BAKU.WS xəbər verir ki, ABŞ Federal Reyestrində yayımlanan məlumatda bildirilir ki, bu addım iştirakçıların maliyyə yükünün bərabər paylanmasını təmin etmək məqsədini daşıyır. Yeni qayda oktyabr ayında başlayacaq proqram mövsümündən əvvəl qüvvəyə minəcək, dəqiq tarixlər isə yaxın günlərdə açıqlanacaq.
Seçilmiş namizədlər üçün nəzərdə tutulan 330 dollar rüsum isə dəyişməyəcək.
"Qrin-kart" lotereyası 1990-cı ildən ABŞ-da tətbiq olunur və hər il təxminən 50 min şəxs təsadüfi seçimin nəticəsində ölkədə daimi yaşamaq hüququ qazanır. Əvvəlki illərdə lotereyada iştirak tamamilə pulsuz həyata keçirilirdi.
Oxşar xəbərlər
Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi
Ağ Evin yeni aparat rəhbəri Stiven Miller olacaq. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında...