FTX Kabardin-Balkarda 15 ekstremisti saxlayıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Kabardin-Balkarda zorakı inandırma üsullarından istifadə edən ekstremist dini qruplaşma üzvlərinin saxlanmasını əks etdirən kadrları nümayiş etdirib.
BAKU.WS xəbər verir ki, videoda ekstremistlərin saxlanıldığı an, həmçinin aşkar edilmiş dəlillər və axtarışlardan sonra cinayətkarların məhkəməyə necə gətirildiyi əks olunub.
Sentyabrın 23-də səhər saatlarında təhlükəsizlik qüvvələri Baksan rayonunun İslamey kəndində radikal islamçı ideologiyanı yaymaqda şübhəli bilinən 15 nəfəri saxlayıb. İdarədən verilən məlumata görə, onlar radikal ideologiyaya uyğun gəlməyən şəxsləri fiziki zorakılığa və psixoloji təsirə məruz qoyublar.
Bildirilir ki, ekstremist qruplaşma üzvləri öz hərəkətlərini "WhatsApp" messenceri vasitəsilə əlaqələndiriblər.
İstintaq Komitəsi ekstremist icmanın təşkili maddəsi ilə cinayət işi açıb. Saxlanılan şəxsləri 10 ilə qədər həbs gözləyir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...