Fransanın 21 əyalətində isti hava xəbərdarlığı edildi

Fransanın 21 əyalətində isti hava xəbərdarlığı edildi
Dünya 29

Fransada havaların kəskin istiləşməsi ilə əlaqədar 21 əyalətdə narıncı səviyyəli hava xəbərdarlığı elan olunub.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Meteo-France meteorologiya xidməti məlumat yayıb.

Məlumata görə, xəbərdarlıq əsasən ölkənin cənub bölgələrini əhatə edir. Eyni zamanda, 29 əyalətdə meşə yanğınları riski yüksək qiymətləndirilir.

Bildirilib ki, Mozel və Mört-et-Mozel əyalətlərində yanğın təhlükəsi "çox yüksək" səviyyəyə çatıb.

Səlahiyyətli qurumlar əhaliyə günün ən isti saatlarında zəruri olmadıqca açıq havada olmamağı və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyi tövsiyə ediblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu

Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu

Rusiyanın Kemerovo vilayətində 17 nəfərin ölümü ilə nəticələnən "An-12" hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğramasının mümkün səbəbi açıqlanıb. BAKU.WS xəbər v...

118 Dünya 23:30 17 noyabr 2026

Son xəbərlər