Fransanın 19 bölgəsində narıncı həyəcan elan edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Fransada Floriane qasırğası səbəbindən 19 bölgədə narıncı təhlükə səviyyəsi elan olunub.
Fransa Meteorologiya Agentliyi Meteo France-nin verdiyi məlumata görə, Atlantik sahillərindən gələn Floriane qasırğası ölkənin şimalında, Vende bölgəsindən başlayaraq paytaxt Parisin də daxil olduğu İle-de-France bölgəsində təsirli olacaq.
Qasırğanın təsir göstərəcəyi bölgələr sırasında Maine-et-Loire, Indre-et-Loire, Sarthe, Loir-et-Cher, Loiret, Eure-et-Loir, Yvelines, Essonne, Val-d"Oise, Seine-Saint-Denis, Val-de-Marne, Hauts-de-Seine, Paris, Seine-et-Marne, Aisne, Marne, Meuse, Ardennes və Loire et Rhone yer alır.
Floriane qasırğasının saatda 110 kilometr sürətə çatacağı və axşam saatlarına qədər təsirini davam etdirəcəyi gözlənilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...