Fransada meşə yanğınları ilə bağlı 50 vilayətində narıncı XƏBƏRDARLIQ
13
avq
2026
15:01
Fransada rekord istilər və quraqlıq meşə yanğınları riskini artırıb. Ölkənin 50 vilayətində narıncı xəbərdarlıq elan edilib.
BAKU.WS Meteo-France-yə istinadən xəbər verir ki, bəzi ərazilərdə temperaturun 40 dərəcəyədək yüksələcəyi gözlənilir.
Pas-de-Kale vilayətində başlayan meşə yanğını nəticəsində 180 hektar əraziyə ziyan dəyib, bir ev istifadəyə yararsız vəziyyətə düşüb. İlle-et-Vilen vilayətindəki yanğında isə 200 hektar ərazi yanıb, 96 nəfər təxliyə edilib.
Hazırda 208 yanğınsöndürən ərazidə alovun qarşısının alınması üçün çalışır.
Oxşar xəbərlər
Zelenski: Kiyevə hücumlara cavab olaraq Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
Ukrayna, Kiyevin və digər şəhərlərin yaşayış sahələrinə zərbələrin artırılmasını nəzərdə tutan Moskvanın yeni hərbi siyasətinə cavab olaraq dinc əhaliyə hücumla...