Fransada bir məsciddə Türk dərnəyi hücuma məruz qalıb

Fransada bir məsciddə Türk dərnəyi hücuma məruz qalıb
Dünya 5

Fransanın Haute-Loire vilayətindəki Puy-en-Velay şəhərində yerləşən bir məscid və Diyanət İşləri Türk İslam Birliyinə (DİTİB) bağlı bir dərnək irqçi hücumların hədəfi olub.

BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, məscidə edilən hücum zamanı Qurani-Kərim nüsxələri yerə atılıb və parçalanıb. Ain vilayətindəki Montreal-la-Cluse şəhərindəki dərnəyin poçt qutusuna isə bir güllə qoyulub.

Fransa İslam Şurası (CFCM) hücuma münasibət bildirərək məscid cəmiyyəti ilə həmrəylik nümayiş etdirib. Şuradan verilən açıqlamada bu hadisənin "Müsəlmanların müqəddəs kitabına edilən ciddi bir islamofobiya aktı" olduğu vurğulanıb.

CFCM həmçinin hökumətin Müsəlmanlara qarşı yayılan "qərəzli sorğular, hesabatlar və etiketləyici təkliflər" fonunda belə hücumların artma riskinə diqqət çəkib və Müsəlmanları ehtiyatlı olmağa çağırıb.

DİTİB rəhbərliyi də Montreal-la-Cluse dərnəyinə edilən hücumu pisləyərək, "Türk cəmiyyətini və birgəyaşayış praktikasını hədəf alan bu hücumu qınayır, dərnək üzvlərimizə keçmiş olsun diləyirik" ifadəsini yayıb.

Həm CFCM, həm də DİTİB hücumla bağlı hüquqi tədbirlərin görüləcəyini bildirərək, aidiyyəti orqanları sağduyu və həssaslıq göstərməyə çağırıblar.

Son xəbərlər