Fransa ABŞ-yə Orta Şərqdəki bazalarını istifadə etmək icazəsi verdi
Fransa Baş Qərargahı ABŞ-nin Orta Şərqdəki Fransız bazalarını "müvəqqəti" istifadə etməsinə icazə verdiyini açıqlayıb.
BAKU.WS Fransız mediasına istinadən xəbər verir ki, Fransa İran qarşısında "Fars körfəzindəki tərəfdaşlarını qorumağa yardım etmək" məqsədilə bazalarını ABŞ-nin istifadəsinə açıb. Rəsmi mənbələr ABŞ təyyarələrinin müvəqqəti olaraq bu bazalarda olmasına icazə verildiyini bildiriblər.
Daha əvvəl Böyük Britaniya da bölgədəki bazalarının İran qarşı istifadəsinə razılıq vermişdi.
İsrail və ABŞ, Tehran ilə danışıqlar davam edərkən 28 fevralda İrana hərbi hücum başladılar. İran isə İsraildən savayı ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi bəzi region ölkələrində müəyyən hədəflərə qarşı əməliyyatlar keçirərək cavab verib.
Xatırladaq ki, ABŞ-İsrail hücumlarında İran lideri Ayətullah Əli Xamenei də daxil olmaqla bir çox yüksək səviyyəli rəsmilər həyatını itirib. İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur hücumlarda 926 nəfərin öldüyünü açıqlayıb.
Oxşar xəbərlər
Latviya İranın Naxçıvana zərbələrini pisləyib
Latviyanın Azərbaycandakı səfirliyi, İranın martın 5-də Naxçıvan Muxtar Respublikasına endirdiyi pilotsuz uçuş aparatları (PUA) hücumlarını qətiyyətlə pisləyib....