Forbes: Ukrayna ordusunda "Pion" topları üçün mərmilər qurtarıb
Ukrayna Silahlı Qüvvələrinin 2S7 "Pion" özüyeriyən topları üçün 203 mm-lik mərmilərinin tükənmək üzrə olduğu bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Forbes nəşri yazıb.
Məqalədə qeyd edilir ki, 2022-ci ilin fevralında Ukrayna ordusunda təxminən 100 ədəd bu toplardan mövcud idi, lakin bir il sonra mərmi tədarükündə fasilələr yaranmağa başladı və nəticədə silahlar susdu.
Forbes-in məlumatına görə, "Pion" toplarının qeyri-müntəzəm istifadəsi mərmilərin tədarük mənbəyi ilə bağlıdır. Bildirilir ki, bu kalibrdə 203 mm-lik mərmiləri yalnız Rusiya istehsal edir və başqa heç bir ölkə bu tip sursat istehsal etmir.
Ehtimal olunur ki, ABŞ-də də 203 mm-lik mərmilər qalmayıb. 2023-cü ildə Vaşinqton Kiyevə bu kalibrdə 10 min ədəd mərmi göndərdikdən sonra onların ehtiyatı tükənib.
Oxşar xəbərlər
Pakistanla Hindistan nüvə obyektləri və mülki məhbus siyahılarını bir-biri ilə paylaşıb
Pakistan və Hindistan Yeni ilin ilk günündə bir-biri ilə nüvə obyektləri və mülki məhbus siyahılarını paylaşıblar. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İ...