Filippində tullantı poliqonunda baş verən uçqunda ölənlərin sayı 35-ə yüksəlib
17
yan
2026
19:09
Filippinin mərkəzi hissəsindəki Sebu şəhərində tullantı poliqonunda baş verən uçqun nəticəsində həlak olanların sayı 27 nəfərdən 35-ə yüksəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "ABS-CBN News" telekanalı bildirib.
Daha bir nəfər itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Xatırladaq ki, Sebu şəhərində yanvarın 8-də zibil poliqonunda uçqun baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ çıxarılıb və onlar xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Serbiyada yanacağa tətbiq olunan aksiz vergisi azaldılır
Serbiya hökuməti bazar ertəsindən etibarən yanacağa tətbiq olunan aksiz vergisini 10 faiz azaldır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiya...