Fil onunla selfi çəkmək istəyən turisti tapdaladı - ANBAAN VİDEO
13
avq
2025
16:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hindistanda qəribə hadisə yaşanıb.
BAKU.WS xəbər verir ki, ölkənin Karnataka ştatında fil onunla selfi çəkmək istəyən turisti tapdalayıb.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Turist əvvəl yolun kənarında bir filin kök yediyini görüb. Avtomobildən düşüb xatirə olaraq şəkil çəkdirmək üçün heyvana yaxınlaşıb, lakin fil qəfildən aqressivləşib.
Turist fildən xilas ola bilməyib. Heyvan büdrəyərək yıxılan adamın üstündən bir neçə dəfə keçib.
Sonda isə turist möcüzə nəticəsində sağ qalıb.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...