Estoniyada vətəndaşlığı olmayan ruslar seçkilərdə səs verə biləcək

Estoniyada vətəndaşlığı olmayan ruslar seçkilərdə səs verə biləcək
Dünya 24

Estoniyanın Baş naziri Kristen Mixal bəyan edib ki, vətəndaşlığı olmayan şəxslər - "boz" pasport sahibləri - bələdiyyə seçkilərində səsvermə hüququnu qoruyub saxlayacaqlar.

Bu barədə o, ETV+telekanalına müsahibəsində bildirib.

Baş nazirin sözlərinə görə, dəyişikliklər xarici ölkələrin, xüsusilə də Rusiya və Belarusun vətəndaşlarına şamil olunacaq. Bu şəxslərin Estoniyanın gələcəyi ilə bağlı məsələlərin müzakirəsində iştirakına gələcəkdə icazə verilməyəcək.

Oktyabr ayında müxalifətdə olan "Isamaa" partiyası Estoniya konstitusiyasına dəyişikliklər edilməsi və əcnəbilərin, o cümlədən rusların bələdiyyə seçkilərində iştirakının qadağan olunması təşəbbüsü ilə çıxış edib. Partiyanın fraksiya sədri Helir-Valdor Seeder bildirib ki, seçkilərdə yalnız Estoniya və ya Estoniya parlamenti tərəfindən ratifikasiya edilmiş beynəlxalq sazişlərə malik ölkələrin vətəndaşları iştirak etməlidir.

Bu təşəbbüs tənqidlərə səbəb olub. Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Lenar Salimullin konstitusiyaya dəyişikliklər edilməsinin minlərlə rusiyalını diskriminasiyaya məruz qoyacağını bildirib.

Eyni zamanda, Estoniya konstitusiyasının müəllifləri parlament tərəfindən dəstəklənmiş, Rusiya və Belarus vətəndaşlarının bələdiyyə seçkilərində səsverməsini qadağan edən qanun layihəsini tənqid ediblər.

Son xəbərlər