Əsədin təyyarəsinin yeri ilə bağlı təfərrüatlar açıqlanıb

Suriyanın devrilmiş prezidenti Bəşər Əsədi daşıdığı iddia edilən "Syria Air İl-76" təyyarəsi bir saatdan az uçuşdan sonra radarlardan itib.
BAKU.WS xəbər verir ki, bunu "Flightradar24" xidmətinin məlumatları göstərib.
Təyyarə səhər sübh saatlarında Dəməşq ərazisində radarlara düşüb və 40 dəqiqəlik uçuşdan sonra izlənilməsi dayandırılıb.
Sonuncu dəfə təyyarə Homs şəhəri yaxınlığında, dəniz səviyyəsindən 495 metr hündürlük əldə edərkən müşahidə edilib. O vaxtdan bəri təyyarənin harada olduğu barədə heç nə məlum deyil.
Dekabrın 8-də səhər saatlarında adları çəkilməyən Suriya ordusunun yüksək rütbəli zabitləri bildiriblər ki, Əsəd ölkədəki hərbi əməliyyatlar fonunda təyyarəyə minərək Dəməşqi tərk edib.
İsrail rəsmisinin sözlərinə görə, Əsədin planları Moskvaya getmək olub. Anonim mənbə bildirib ki, Suriya prezidenti gecə yarısı Dəməşqdən çıxıb və Rusiya paytaxtına səfərə hazırlaşaraq Suriyadakı Rusiya bazasına yollanıb.
Oxşar xəbərlər
Çin və ABŞ liderləri arasında telefon danışığı olub
ABŞ Prezidenti Donald Trampla Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı baş tutub. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Sinxua"...
