Ermitajda imperator taxtına oturan şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Sankt-Peterburqdakı Dövlət Ermitaj Muzeyində ziyarətçilərdən biri təhlükəsizlik qaydalarını pozaraq muzey eksponatına yaxınlaşıb və imperator taxtında əyləşib.
BAKU,WS-in məlumatına görə, hadisə mayın 17-də günorta saatlarında Georgi zalında baş verib.
Bildirilir ki, kişi qoruyucu kəndiri keçərək Böyük imperator taxtına oturub. Muzey əməkdaşı onu uzaqlaşdırmağa cəhd etsə də, qayda pozucusu üzərində olan iki bıçağı göstərib. Bundan sonra mühafizəçi geri çəkilmək məcburiyyətində qalıb.
Hadisə ilə bağlı dərhal Ermitajın təhlükəsizliyinə cavabdeh olan Rusiya qvardiyasına məlumat verilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları kişini saxlayarkən onun müqavimət göstərdiyi qeyd olunub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...