Ermənistan Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiqləyib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinə başlamaq üçün qanun layihəsini təsdiq edərək parlamentə göndərib.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Baş nazir Nikol Paşinyan Nazirlər Kabineti toplantısında qeyd edib ki, parlament qanun layihəsini təsdiqlədiyi təqdirdə məsələ ümumxalq səsverməsinə çıxarılacaq.
Bu təşəbbüs Qərbyönümlü siyasi qüvvələr tərəfindən irəli sürülüb və onun reallaşdırılması üçün 50 min imza toplanıb. Daha sonra Ermənistan Xarici İşlər Nazirliyi qanun layihəsini hazırlayaraq hökumətə təqdim edib.
Rusiya tərəfi isə dəfələrlə bildirib ki, Avropa İttifaqının Ermənistanda möhkəmlənmək cəhdləri real Cənubi Qafqazdakı münasibətlərin normallaşması maraqlarından daha çox geosiyasi məqsədlərə əsaslanır.
Oxşar xəbərlər
İran Hörmüz boğazında ABŞ-yə məxsus PUA-nı vurduğunu iddia edir
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının şərqində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb. BAKU.WS xə...