Ərbildəki hərbi bazaya dron hücumu: Fransa hərbçisi həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
İraqın Kürdüstan bölgəsinin paytaxtı Ərbil şəhərində yerləşən hərbi bazaya pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücum nəticəsində Fransa ordusunun bir hərbçisi həlak olub.
BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı məlumatı Emmanuel Macron sosial şəbəkədə paylaşaraq təsdiqləyib.
O bildirib ki, hücum zamanı bir neçə fransız hərbçisi də yaralanıb.
Makron həlak olan hərbçinin ailəsinə və xidmət yoldaşlarına başsağlığı verərək, baş verənləri qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, Fransa hərbçiləri regionda əsasən terrorizmə qarşı mübarizə missiyası çərçivəsində fəaliyyət göstərir.
Qeyd edək ki, ölən hərbçi VII Alp atış batalyonunun adyutant-rəisi Arnaud Frion olub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...