Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun saxlanılması ilə əlaqədar sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar etmiş 261 şübhəli şəxs müəyyən edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında paylaşım edib.
O bildirib ki, müəyyən edilən 261 nəfərdən 37-si artıq saxlanılıb:
"Kibercinayətkarlıqla Mübarizə Departamentimiz və Təhlükəsizlik Departamentimizin koordinasiyalı işindən sonra 37 şübhəli saxlanılıb, digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir".
Qeyd edək ki, ötən gün İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu və 100-dən çox adam saxlanılıb.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...