Ekrem İmamoğlu və 85 nəfərin ifadəsi alınır
Yeniliklərdən dərhal xəbərdar olun
CHP-nin 38-ci qurultayı ilə bağlı başladılan istintaqla bağlı yeni məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, Ankara Respublika Prokurorluğu aralarında Ekrem İmamoğlunun da olduğu 86 nəfərin ifadələrinin alınmasına başlandığını açıqlayıb.
CHP-nin 2023-cü il 4-5 noyabr tarixlərində Ankara idman salonunda keçirilən 38-ci qurultayında "bəzi partiya nümayəndələrinin mənfəət əldə etdiyi" iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində proses davam etdirilir.
Ankara Respublika Prokurorluğunun Mətbuat Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində CHP-nin həbsdə olan prezidentliyə namizədi Ekrem İmamoğlu da daxil olmaqla ümumilikdə 86 nəfərin ifadələrinin alınmasına start verilib.
Şübhəlilər haqqında MASAK hesabatları, SGK (Sosial Sığorta Qurumları) qeydləri, daşınmaz əmlak sənədləri kimi bir çox rəsmi sənəd tələb olunub və əlaqədar dövlət qurumları ilə yazışmalar aparılıb. Həmçinin şübhəlilərin əmlak vəziyyətinə dair araşdırmalar da istintaq materiallarına daxil edilib.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...