Əhaliyə XƏBƏRDARLIQ - Avqustun ən güclü...
Günəşdə avqust ayı üçün rekord sayılan güclü partlayış qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin məlumatına görə, son 24 saat ərzində Günəşdə ikinci M sinifli partlayış baş verib. Hadisənin gücü M1.88 səviyyəsində qiymətləndirilib.
Alimlər bildiriblər ki, beynəlxalq kataloqlarda partlayışın böyük ehtimalla M1.8 kimi qeyd olunacağı gözlənilir. Buna səbəb göstəricinin ənənəvi olaraq aşağı həddə doğru yuvarlaqlaşdırılmasıdır.
Qeyd olunur ki, bu göstərici ümumi rekord olmasa da, yay aylarında Günəş aktivliyinin nisbətən zəif olduğu bir dövrdə baş verməsi ilə diqqət çəkir.
Oxşar xəbərlər
Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb
Qırmızı dənizdə, Cibuti sahillərində miqrantları daşıyan gəminin batması nəticəsində azı 109 nəfər həyatını itirib, 116 nəfər isə itkin düşüb. BAKU.WS xəbər ver...