EBRD-nin 5 milyard avroluq dəstək proqramında Azərbaycan da yer alıb
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 2026-cı ildə Yaxın Şərqdəki münaqişədən zərər çəkmiş iqtisadiyyatlara, o cümlədən Azərbaycana dəstək olmaq üçün 5 milyard avro ayırmağı planlaşdırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bank həm birbaşa müharibədən təsirlənən ölkələrə, həm də dolayı yolla iqtisadi nəticələrlə üzləşən dövlətlərə yönəlmiş xüsusi böhrana reaksiya proqramına start verib.
Qeyri-müəyyənliyin davam etməsinə baxmayaraq, münaqişənin nəticələri artıq EBRD-nin fəaliyyət göstərdiyi bir sıra ölkələrdə özünü büruzə verir. Əsas amillər arasında ticarət zəncirlərindəki pozulmalar, enerji və xammal şokları, investisiya fəallığının azalması və əhali üçün xərclərin artması yer alır.
EBRD-dən qeyd edilib ki, təsirin gələcək miqyası yaxın aylarda vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.
Proqramın əsas diqqəti münaqişədən birbaşa təsirlənən ölkələrə - İraq, İordaniya, Livan, İordan çayının qərb sahili və Qəzza zolağına yönəldiləcək. Bununla yanaşı, böhranın dolayı yolla təsirinə məruz qalan dövlətlərin siyahısına Misir, Türkiyə, Ermənistan və Azərbaycan daxil edilib.
Oxşar xəbərlər
Yaxın Şərqdəki savaşdan çıxarılmalı olan dərslər - ABŞ, İran və İsrailin kritik gedişləri
Pakistan görüşü ərəfəsində ABŞ və İran arasında danışıqlar başlasa da, tərəflərin mövqelərindən hələ də müharibənin barıt qoxusu hiss olunur və atəşkəsin kövrək...