Dünyanın ən güclü 10 smartfonunun adı açıqlanıb
2026-cı ilin yanvar ayı üzrə ən yüksək məhsuldarlığa malik Çin smartfonlarının reytinqi tərtib edilib.
BAKU.WS xəbər verir ki, siyahını "AnTuTu" platformasının tərtibatçıları hazırlayıb.
Reytinqin mütləq lideri 4 104 271 xal nəticə göstərən "Red Magic 11 Pro+" olub. Smartfon ventilyator və maye soyutma sistemindən ibarət kombinə edilmiş soyutma texnologiyası ilə təchiz edilib ki, bu da "Snapdragon 8 Elite Gen 5" çipinin maksimum tezliklərdə tam potensialını ortaya qoymağa imkan verib.
İkinci yerdə 4,09 milyon xal toplayan və "MediaTek Dimensity 9500" prosessoru ilə işləyən "Vivo X300 Pro" qərarlaşıb. Üçüncü pilləni isə "Snapdragon 8 Elite Gen 5" çipi ilə təchiz olunan "Realme GT8 Pro" (4,07 milyon xal) tutub.
Sonrakı yerlərdə "iQOO 15" (3,94 mln), "Honor Magic 8 Pro" (3,93 mln) və "Honor Win" (3,93 mln) modelləri qərarlaşıb. Bu smartfonların hamısı flaqman "Snapdragon 8 Elite Gen 5" prosessoru ilə təchiz olunub.
Yeddinci yerdən onuncu yerədək isə "Honor Magic 8" (3,91 mln), "OnePlus 15" (3,87 mln), "Redmi K90 Pro Max" (3,83 mln) və "Vivo X300" (3,73 mln) modelləri yer alıb.
Qeyd edilir ki, "Vivo X300" istisna olmaqla, bu cihazların hamısının məhsuldarlığı "Snapdragon 8 Elite Gen 5" çipi hesabına təmin edilir. Siyahının sonundakı model "MediaTek Dimensity 9500" prosessoru ilə işləyir.
Bildirilir ki, reytinqə Çin bazarında təqdim olunan smartfonlar daxil edilib. Lakin onların bir qismi ÇXR-dən kənarda satışa çıxarılır.
Oxşar xəbərlər
Donald Trampdan açıqlama: "Mən Epşteyn adasına heç vaxt getməmişəm"
ABŞ Prezidenti Donald Tramp Cefri Epşteyn qalmaqalı ilə bağlı yayılan fotoları barədə danışıb. Tramp, Epşteynlə heç bir şəxsi əlaqəsinin olmadığını vurğulayıb....