Dünyanın ən bahalı və lüks kurort mərkəzləri - SİYAHI

Dünyanın ən bahalı və lüks kurort mərkəzləri - SİYAHI
Foto
Dünya 143

Yay gələndə hamının düşündüyü tək şey var: İstirahətini səmərəli şəkildə təşkil edib, iş stresindən azad olmaq. Bu səbəbdən kimisi ölkə daxilində, kimisi isə dincəlmək üçün ölkə xaricini seçir. Bundan sonra isə bir şey qalır. Büdcəyə uyğun yer tapıb dincəlmək. Dünyada isə elə kurort zonaları var ki, onlar nadir insanların büdcəsinə uyğundur. Çünki qiymətləri çox bahadır. Bu burada səyahətsevərlərə təqdim olununa lüks xidmətlə bağlıdır. 

BAKU.WS saytı oxuculara dünyasnın bahalı kurort və çimərliklərinin siyahısını təqdim edir:

Muşa Kay, Baham adaları

Eksklüziv ada 11 kiçik adadan ibarətdir və gecəsi təxminən təxminən 45 000‑60 000 dollar təşkil edir . Özəl şəxsi çimərlik, film gecələri, özəl aşpazlar və tam fərdiləşdirilmiş xidmət sistemi bu yerlə bağlı əsas cəlbedici məqamdır.

Neker adaları, Birləşmiş Vircin Adaları

Ada da bir gecə 50 000 dollara yaxındır. 100-dən çox heyət üzvü ilə 2:1 xidmət göstəricisi və beşulduzlu xidmət təklif edir.

Kalivicini adası, Qrenada

All-inkluziv adadır və gündəlik 140 000 dollardan başlayan qiymətlərlə icarəyə verilir . Adada 6 çimərlikdən ibarətdir. 

Banuaa adası, Filippin

Əvvəllər gecəsi 100 000 dollar idi, pandemiya vaxtı qiyməti endirilərək minimum 45 000 dollara qədər azaldı. Minimum üç gecə qalmaq tələb olunur, buna görə də bir səfər üçün texniki olaraq 135 000 dollardan başlanır.

"Lover"s Deep Luxury Submarine" Sent-Lusiya ada dövləti

Dənizin altında lüks bir sualtı tətil təcrübəsi təqdim edir və gecəsi təxminən 235 000 doLlar təşkil edir. Panoramik pəncərələr, özəl kapitan, aşpaz və eksklüziv yaşantıları ilə bir dəfəlik mükəmməl səyahətdir.

Son xəbərlər