Dünya Çempionatı öncəsi komandaları narkotik itləriylə YOXLADILAR
Yeniliklərdən dərhal xəbərdar olun
2026 FIFA Dünya Kuboku öncəsi ABŞ-yə gələn Seneqal və Özbəkistan milli komandaları ciddi təhlükəsizlik tədbirləri ilə üzləşib.
BAKU.WS xəbər verir ki, futbolçular ölkəyə daxil olduqdan dərhal sonra və stadionlara giriş zamanı narkotik itlərinin də cəlb olunduğu genişmiqyaslı yoxlamalardan keçirilib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Seneqal millisinin hava limanında, Özbəkistan komandasının isə stadion girişində detallı təhlükəsizlik prosedurlarına məruz qaldığı əks olunub.
Qeyd edək ki, Özbəkistan milli komandası 2026-cı il Dünya Kubokunda tarixində ilk dəfə iştirak edəcək. ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi turnirdə təhlükəsizlik tədbirlərinin daha da sərtləşdirildiyi bildirilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...