Donald Tramp: Yaxın günlərdə Ukraynadakı müharibənin bitməsinə çalıçacağıq
"Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb
"Görüşdə xeyli irəliləyiş əldə olunub. Bundan sonra bəzi avropalı müttəfiqlərimizə məlumat verdim. Hamı razıdır ki, bu müharibə bitməlidir. Biz yaxın günlərdə və həftələrdə buna çalışacağıq", - Donald Tramp yazıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında görüş təxminən üç saat davam edib.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, görüş zamanı cənab Putin Ukraynadakı mnaqişənin həlli ilə bağlı bəzi siqnallar verib.
Oxşar xəbərlər
Pentaqon 25 illik məxfi olmayan hərbi hesabatları ictimaiyyətə bağladı
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son 25 il ərzində silah sınaqları ilə bağlı məxfilikdən çıxarılmış illik hesabatlara ictimai çıxışı məhdudlaşdırıb. BAKU.WS xəb...