Devid Bekhemin keçmiş mühafizəçisi ölü tapıldı

Devid Bekhemin keçmiş mühafizəçisi ölü tapıldı
Foto
Dünya 232

Keçmiş futbolçu Devid Bekhemin keçmiş mühafizəçisi Kreyq Eynvors ölü tapılıb.

Devid Bekhemin keçmiş mühafizəçisi ölü tapıldı

BAKU.WS xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Qeyd edilib ki, keçmiş kral dəniz donanması üzvü olan Kreyqin anası sosial şəbəkə hesabında onun öldüyü ilə bağlı paylaşım edib.

Devid Bekhemin keçmiş mühafizəçisi ölü tapıldı

Salli oğlunun uzun müddətdir itkin düşdüyünü və axtarışa verildiyini qeyd edib. Kreyq sonuncu dəfə Əfqanıstanda işləyib və bu səbəbdən uzun müddət travma alıb.

Kreyqin cəsədinin harada və hansı vəziyyətdə aşkar edildiyi hələ ki, mətbuata açıqlanmayıb.

Devid Bekhemin keçmiş mühafizəçisi ölü tapıldı

O 2013-2015-ci illərdə Bekhemlər ailəsinin şəxsi mühafizəçisi işləyib. Həmin vaxt tanınmış ailə Londondakı "Holland Park"da yaşayıb.

Kreyqin ölümündən bir neçə gün sonra onun feysbukda etdiyi son paylaşımı ortaya çıxıb.

"Əlvida gözəl insanlar! Yaşamaq dünyadakı ən nadir hadisədir! Bu bir çoxlarında şok effekti yaradacaq. Lakin pandemiya indiyə qədər qurduğum hər şeyi məhv etdiyi üçün son dörd ildir ki, həyatımın ən böyük kədər yaşayıram. Dostlarım və həmkarlarım olan möhtəşəm insanları itirdim. Sizdən üzr istəyirəm. Mənə əsəbiləşməyin! Artıq azadam. Siz bu qədər vaxt məni ayaqda saxlamağa çalışdınız. Hamınıza minnətdaram. Bu həyatı saf qəlbim və xoş niyyətimlə yaşadım. Mükəmməl insan deyildim. Amma artıq həyatımı yaşadım. Mənim üçün yas mərasimi təşkil etməsinlər. Qətiyyən! Bədənimi yandırıb külünü dənizə atsınlar!" -deyə Kreyq qeyd edib.

Devid Bekhemin keçmiş mühafizəçisi ölü tapıldı

O Bekhemlər ailəsindən əvvəl Coni Depp, Cennifer Laurens, Arnold Şvartsnegger kimi məşhurların da şəxsi mühafizəçisi olub.

Oxşar xəbərlər

Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI

Belarusda VKontakte sosial şəbəkəsi BLOKLANDI

Belarusda "VKontakte" sosial şəbəkəsinə giriş bloklanıb. BAKU.WS xəbər verir ki, bu barədə Belarusun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tabe ola...

38 Dünya 22:55 24 oktyabr 2025

Son xəbərlər