Dəhşətli təyyarə qəzasından öncə quş sürüsünün mühərrikə çırpılma anından GÖRÜNTÜLƏR
Yeniliklərdən dərhal xəbərdar olun
Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan "Boeing 737" təyyarəsinin mühərrikinə quşun dəyməsi anı videoya düşüb.
BAKU.WS xəbər verir ki, görüntüləri SHOT teleqram kanalı yayıb.
"Cənubi Koreyanın Muan hava limanında quşun "Boeing 737" təyyarəsinin mühərrikinə dəydiyi an", - deyə mənbə qeyd edib.
Bildirilib ki, eniş zamanı təyyarənin şassisi açılmayıb, nəticədə təyyarə uçuş-enmə zolağından çıxıb, hasara çırpılıb və partlayıb.
Jeju Air sərnişin təyyarəsi Taylandın paytaxtı Banqkokdan, Seuldan təxminən 288 kilometr aralıda Cənubi Jeolla əyalətindəki Muan Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb.
Xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb. Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...