Corc Kluni həyat yoldaşından danışdı: "10 ildir mübahisə etmirik"
Hollivud ulduzu Corc Kluni şəxsi həyatı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o son müsahibəsində 10 ildir həyat yoldaşı Amal Kluni mübahisə etmədiyini bildirib.
63 yaşlı aktyor Amalla həqiqətən də xoş vaxt keçirdiyini etiraf edib.
"Uşaqlarımızın biri 7 digəri isə 8 yaşındadır. Onlar indi həyatlarının ən gözəl dövrünü yaşayır. Uşaqlarımızın yumor hissi çox güclüdür. Onlar bizi çox güldürürlər.Bundan əvvəlki müsahibələrimdən birində Amalal heç vaxt dalaşmadığımız demişdim. Bu hələ də belədir. 10 ildir biz heç bir mövzuda mübahisə etməməişik. Dava etməyə nəsə axtarırıq, amma tapa bilmirik. Sanki böyük bir mükafat qazanmışam. Bu möhtəşəm hissdir" - deyə, aktyor qeyd edib.
Xatırladaq ki, cütlük 2014-cü ildə ailə qurub.
Oxşar xəbərlər
Tramp və Mask barışdılar- Vasitəçinin adı məlum oldu
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Prezident Donald Tramp ilə iş adamı İlon Mask arasında münasibətlərin normallaşmasında həlledici rol oynayıb. BAKU.WS xəbər...