Çin və Rusiya hərbi əməkdaşlığı daha da dərinləşdirəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Çin və Rusiya liderləri Si Cinpin və Vladimir Putin Pekində keçirilən görüş zamanı iki ölkə arasında hərtərəfli strateji koordinasiyanın gücləndirilməsi və mehriban qonşuluq münasibətlərinin dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Çin dövlət agentliyi Xinhua məlumat yayıb.
Məlumata görə, sənəd iki ölkə arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsini və qarşılıqlı etimadın daha da möhkəmləndirilməsini nəzərdə tutur.
Bəyanatda həmçinin tərəflərin strateji tərəfdaşlıq münasibətlərinin davamlı şəkildə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Qeyd edək ki, Çin və Rusiya son illərdə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirərək beynəlxalq arenada koordinasiyanı gücləndiriblər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...