Çin İrana 200 min dollarlıq humanitar yardım göndərir
Yeniliklərdən dərhal xəbərdar olun
Çin İrana 200 min dollar dəyərində humanitar yardım göndərəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Çinin "Sinxua" xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, Çin Qırmızı Xaç Komitəsi İran Qızıl Aypara Cəmiyyətinə 200 min dollarlıq humanitar yardım edəcək.
Çinin Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, münaqişədə həlak olan şagirdlərin valideynlərinə başsağlığı vermək və yardım göstərmək üçün bu təcili humanitar yardım ayrılacaq.
Həmçinin nazirlik, İranda mülki şəxslərə və qeyri-hərbi hədəflərə qarşı olan bütün hücumları pisləyib.
Qeyd edilib ki, Pekin İrana əlavə zəruri yardım və dəstək göstərməyə yenə hazırdır.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...