Çin 24 ildən sonra ilk dəfə Vaşinqtona iki panda göndərəcək

Çin 24 ildən sonra ilk dəfə Vaşinqtona iki panda göndərəcək
Dünya 25

Çin hakimiyyəti iki nəhəng pandanın Vaşinqton zooparkına qaytarılmasına razılıq verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hüquqi olaraq Orta Krallığın mülkü sayılan və xalq diplomatiyasının aləti kimi istifadə edilən pandalar 24 ildir ki, ABŞ paytaxtına göndərilmir.

Bildirilib ki, göndərilən erkək pandanın adı Bao Li, dişinin adı isə Qing Baodur. Onların cəmi üç yaşı var. Heyvanlar yaxın vaxtlarda xüsusi Boeing 777 təyyarəsi ilə Vaşinqtona gələcəklər. Şəxsi ianələrin köməyi ilə zoopark yeni sakinlər üçün binaları yeniləyib, onları havalandırma və tüstüdən təmizləmə sistemi, oyun qurğuları və 40 müşahidə kamerası ilə təchiz edib.

Xatırladaq ki, 2000-ci ildən 2023-cü ilə qədər pandalar Mei Xiang və Tian Tian Vaşinqton zooparkında yaşayıblar və onlar da dörd uşaq dünyaya gətirib. Lakin ötən il ÇXR bütün ayıları vətənlərinə qaytarıb. Daha sonra Çin yenidən Mei Xiang və Tian Tianı ABŞ-a göndərib, lakin bu dəfə San Dieqo şəhəri heyvanların yurdu olub.

Son xəbərlər