Cim Kerri pulu olmadığı üçün bu addımı atıb
Bir müddət əvvəl təqaüdə çıxacağını bildirən Hollivud ulduzu Cim Kerri yenidən sənətə qayıtmasının səbəbini açıqlayıb.
BAKU.WS xəbər verir ki, komediya ustası bu barədə "AP"yə bildirib.
O qeyd edib ki, bir çox şey alıb və onlara ödəməyə pulu yoxdur.
"Bilirsiniz, sadəcə... Mən çox şey almışam və açıq-aydın pula ehtiyacım var. Bəli" -deyə Hollivud ulduzu qeyd edib.
Xatırladaq ki, Cim Kerri bir müddət əvvəl açıqlama yayaraq sənətdən getdiyini açıqlamışdı. Aktyor Əgər mələklər mənə qızıl mürəkkəblə yazılmış bir senari gətirsələr və bu hekayə insanlar üçün önəmli olsa, mən yenidən bu yolu seçərəm"- deyərək, qeyd etmişdi.
Cim Kerri "Kirpi Sonic 3" də obrazlardan birini canlandırıb.
Oxşar xəbərlər
Edis saxlanıldı
Türkiyəli məşhur müğənni Edis Görgülü saxlanılıb. BAKU.WS Haber Global-a istinadən xəbər verir ki, narkotik istintaqı çərçivəsində həbs qərarı verilmiş müğənni...