Cevdet Yılmaz: Türkiyədə keçiriləcək NATO sammiti qlobal sabitlik baxımından nəticələr verəcək
Ankarada iyulun 7-8-də keçiriləcək NATO Zirvəsində alyansın çəkindirmə və müdafiə siyasəti hərtərəfli müzakirə olunacaq, həmçinin müdafiə investisiyalarının artırılmasına yönəlmiş addımlar qiymətləndiriləcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, dünyanın mürəkkəb transformasiya dövründə keçiriləcək sammit NATO üçün mühüm əhəmiyyət daşıyır və alyansın mövcud təhlükəsizlik çağırışlarına yanaşmasının müzakirəsi baxımından önəmli platforma olacaq.
C.Yılmaz qeyd edib ki, iyulun 7-də keçiriləcək Müdafiə Sənayesi Forumunda Türkiyənin bu sahədə əldə etdiyi nailiyyətlər və gələcək inkişaf perspektivləri təqdim ediləcək.
Vitse-prezident əlavə edib ki, həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə Ankaraya gələcək ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Onun sözlərinə görə, iyulun 8-də keçiriləcək liderlər sessiyasında NATO-nun hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ən yüksək səviyyədə müzakirə olunacaq.
C.Yılmaz bildirib ki, sammit çərçivəsində çoxsaylı ikitərəfli görüşlər və digər tədbirlər də keçiriləcək. O, zirvənin Türkiyə, region və qlobal sabitlik baxımından faydalı nəticələr verəcəyinə ümid etdiyini vurğulayıb.
Bu yıl ülkemiz için “Zirveler Yılı.”
— Cevdet Yılmaz (@_cevdetyilmaz) July 6, 2026
Önce NATO, ardından Türk Devletleri ve COP31 Zirveleri…
NATO Zirvesi 7-8 Temmuz’da Ankara’da.
Dünyanın büyük bir dönüşüm sürecinden geçtiği kritik bir dönemde gerçekleştirilecek bu Zirve, İttifakın caydırıcılık ve savunma alanındaki…
Oxşar xəbərlər
Trampdan şok etiraf: "Putin müharibəni bitirmək istəyir, biz danışıqlar aparırıq"
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin dayandırılmasını əsas prioritetlərdən biri hesab edir və bu məsələnin həlli yollarını Ukrayna Prezidenti Vol...