Cənubi Koreyada hərbi kəşfiyyat rəhbəri həbs edilib
Cənubi Koreya hərbi kəşfiyyatının rəhbəri Mun San Xo hərbi vəziyyətlə əlaqədar baş verən iğtişaşlarda iştirak etməkdə şübhəli bilinərək həbs olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb
Hərbi kəşfiyyatın rəhbəri ilə yanaşı, onun sələfi No San Von da saxlanılıb.
Məlumata görə, dekabrın 3-də hərbi vəziyyət elan edildikdən iki dəqiqə sonra Hərbi Kəşfiyyat Komandanlığının üzvləri Mərkəzi Seçki Komissiyasının binasına gəliblər. Polis hesab edir ki, Mun San Xo bu hadisədən əvvəlcədən xəbərdar olub və hərbçilərin göndərilməsi ilə bağlı göstəriş verə bilərdi.
Cənubi Koreya müxalifəti isə bildirir ki, Mun San Xonun sələfi No San Von hərbi vəziyyət fərmanının hazırlanmasında və digər hazırlıqlarda iştirak edib. O, keçmiş müdafiə naziri Kim Yonq Hyun ilə yaxın əlaqələrdə olmaqla diqqət mərkəzinə düşüb. Hüquq-mühafizə orqanları planın əsas təşkilatçısının məhz Kim Yonq Hyun olduğunu bildirir. Keçmiş müdafiə naziri artıq həbs edilib.
Oxşar xəbərlər
Tbilisidə yenidən mitinq keçirilir
Bir neçə yüz nəfər yenidən Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq təşkil edib. BAKU.WS tass-a istinadən xəbər verir ki, etirazçılar Ru...