Cənubi Koreya KXDR-ə görə Ukraynaya ölümcül silahlar göndərə bilər
Seul Şimali Koreya qoşunlarının Ukraynaya göndərilməsi xəbərləri fonunda münaqişə zonasındakı vəziyyətin inkişafından asılı olaraq Ukraynaya silah göndərməyi nəzərdən keçirir.
BAKU.WS "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Cənubi Koreya Prezidenti Yun Sok Yol bildirib.
Onun sözlərinə görə, indiyədək Seul Kiyevə ölümcül silahların tədarükündən çəkinib, lakin indi Cənubi Koreya hakimiyyəti bu məsələni yenidən nəzərdən keçirməyə hazırdır:
"Əgər Şimali Koreya xüsusi təyinatlı qüvvələrini Ukraynada döyüş bölgəsinə göndərərsə, biz Ukraynaya addım-addım dəstək göstərəcəyik və Koreya yarımadasının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməyi nəzərdən keçirəcəyik".
Oxşar xəbərlər
Putin 2027-ci il seçkilərinə müdaxilə etməyə çalışacaq- Fransa XİN başçısı
Fransanın xarici işlər naziri Jan-Noel Barro Rusiya Prezidenti Vladimir Putinin 2027-ci ildə Avropada keçiriləcək seçkilərdə seçicilərin seçiminə təsir göstərmə...