Burhanettin Duran: Ankarada NATO və Avropanın gələcəyi müzakirə olunacaq
NATO Dövlət və Hökumət Başçıları Zirvəsi həm NATO-nun gələcəyi, həm də qlobal arxitekturanın necə formalaşacağı baxımından önəmlidir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında paylaşım edib
"Bu zirvənin önəmi bu qədər yüksək səviyyədə iştirakın olması və NATO-nun gələcəyinin necə formalaşacağı ilə bağlıdır", - o bildirib.
Jurnalistlərin suallarını cavablandıran B. Duran media mənsubları üçün iş sahələrinin yaradıldığını diqqətə çatdırıb: "1800 nəfərlik iş ofisi mövcuddur. Eyni şəkildə çoxlu sayda canlı yayım edilə biləcək yer var. 40 montaj otağı var, 2500-dən çox media mənsubunun burada zirvəni izləyib bütün dünyanı və Türkiyəni məlumatlandırmaq imkanı olacaq.
Beləliklə, Ankara çox önəmli bir zirvəni müşayiət edir".
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sammit çərçivəsində ikitərəfli görüşlər keçirəcək:
"NATO-nun gündəmində Transatlantik əlaqələrin gücləndirilməsi var. Bu çərçivədə NATO-nun alyansı gücləndirərək irəliyə aparılacağına dair bir iradənin burada formalaşması gözlənilir. Liderlər zirvədə bu mövzunu dəyərləndirəcəklər.
Bununla yanaşı ikitərəfli görüşlər var. Təbii ki, ikitərəfli görüşlərdə adətən ölkələrin öz ikitərəfli gündəmi mövzu olur. Ancaq NATO çərçivəsində olduğu üçün müdafiə və təhlükəsizlik sahələrində, təbii ki, Avropanın gələcəyi, təhlükəsizliyinin artırılması kimi mövzular da müzakirə ediləcək.
Müdafiə xərcləri yenə gündəmdə olacaq".
Oxşar xəbərlər
Alimlər Yer üzündə son bitkinin nə vaxt məhv olacağını hesabladılar
Alimlər Yer üzündə bitki həyatının nə vaxt sona çatacağı ilə bağlı yeni hesablamalar aparıblar. Araşdırmaya görə, planetimizdəki son bitki növü təxminən 1,87 mi...