Bu şəhərin əhalisinə XƏBƏRDARLIQ - Yeni il ərəfəsi zəlzələlər gözlənilir

Yeni il bayramları zamanı Moskvada kiçik zəlzələlər ola bilər.
BAKU.WS xəbər verir ki, bunu rusiyalı fizika-riyaziyyat elmləri namizədi, seysmoloq Anna Lyusina NEWS.ru-ya açıqlamasında bildirib.
O, Moskvanı daim nəzarətdə saxlanmalı olan geoloji cəhətdən mürəkkəb bölgə adlandırıb.
Yeni il bayramları zamanı baş verən zəlzələyə misal olaraq Lyusina 1977-ci il hadisələrini göstərib. Bundan başqa, Rumıniyada 2,5-3 bal gücündə kiçik zəlzələlər olmuşdu ki, bu da Vrancea zonasından paytaxta çatıb. Onlar Moskvada binaların hündür mərtəbələrində hiss olunub.
Ekspert əlavə edib ki, son vaxtlar paytaxtda çoxlu hündürmərtəbəli binalar tikilib, Moskvanın səthinin altında isə çoxlu boşluqlar var. Belə ki, Rusiyanın paytaxtında 20-dən çox çay yerin altından axır.
Oxşar xəbərlər
Müharibənin bir ili neçə milyarda başa gəlir? - Zelenski AÇIQLADI
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin qarşıdakı hədəflərini açıqlayıb. BAKU.WS xəbər verir ki, o, Avropa Parlamentinin prezidenti Roberta Metsola ilə...
