Bricit Makron pedofiliya ittihamlarndan sonra psixi pozğunluq keçirib
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron internetdə ona qarşı aparılan təhqir kampaniyasından, xüsusən də pedofiliyada ittiham olunmasından sonra psixi pozğunluq yaşayır.
BAKU.WS xəbər verir ki, bu barədə Britaniyanın "The Sun" nəşri yazıb.
Məlumata görə, bu açıqlama Paris Cinayət Məhkəməsində keçirilən kiberzorakılıq işi üzrə məhkəmə prosesində hakim tərəfindən səsləndirilib. Məhkəmə qarşısında səkkiz kişi və iki qadın dayanır.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə "pis niyyətli şərhlər" yazaraq Bricit Makronun guya kişi olaraq doğulduğunu və pedofil olduğunu iddia ediblər. Onların fikrincə, Makronun 24 yaş kiçik olan Emmanuel Makronla evlənməsi bu iddianı "sübut edirmiş".
Hakim məhkəmədə təqsirləndirilənlərdən birinə belə deyib: "Siz digər müttəhimlərlə eyni cinayətdə – yəni Bricit Makronun internet üzərindən təqib edilməsində ittiham olunursunuz. Bu, onun fiziki və psixi sağlamlığında ciddi pisləşməyə səbəb olub".
Məqalədə qeyd edilir ki, bütün təqsirləndirilənlər özlərini günahkar saymır və bildirirlər ki, yüksək vəzifəli Paris siyasi elitası nümayəndəsini tənqid etdikləri üçün onların söz azadlığı pozulub.
Oxşar xəbərlər
Sidneydə törədilən terroru ata və oğul həyata keçirib
Avstraliyanın Sidney şəhərində baş verən və 16 nəfərin həyatını itirməsi, 40 nəfərin isə müxtəlif dərəcəli xəsarət alması ilə nəticələnən terror aktının icraçıl...