Bloomberg: Hörmüz boğazından keçən gəmilərin sığorta qiyməti 20 dəfə artdı
Hörmüz boğazından keçən gəmilərin sığorta xərcləri 20 dəfə artıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Qeyd edilib ki, Yaxın Şərqdə hərbi əməliyyatların artması səbəbindən, gəmiçilik marşrutu ilə daşınma üçün sığorta gəminin dəyəri 0,25 faizdən 5 faizə qədər artıb ki, bu da 20 dəfə qiymət artımı deməkdir.
Bu, gəmilərə hücum tezliyinin artması ilə əlaqədardır. Son iki həftə ərzində 20-dən çox belə hadisə qeydə alınıb. Məsələn, martın 12-də dənizdə konteyner gəmisi yanğına məruz qalıb.
Hörmüz boğazının blokadası, İranın ABŞ-nin Yaxın Şərqdəki "Epik Qəzəb" adlandırdığı hərbi əməliyyatına cavab tədbiri idi.
Bu həyati əhəmiyyətli logistika arteriyasının bağlanmasından sonra əsas yanacaq növlərinin qlobal qiymətləri kəskin şəkildə artdı.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibafın sözlərinə görə, ABŞ və İsrail gəmilərinin heyətləri artıq dünyanın digər bölgələrinə yük daşımaq üçün Hörmüz boğazından sərbəst istifadə edə bilməyəcəklər.
Digər mənbələrin məlumatına görə isə, ABŞ Hərbi Dəniz Qüvvələrinin mina əleyhinə gəmiləri "Tulsa" və "Santa Barbara" Fars körfəzini tərk edib.
Oxşar xəbərlər
İsrail İranın yeni ali liderinə BU TƏLƏBLƏ müraciət etdi
İsrailin xarici işlər naziri İranın yeni ali liderinə qarşı irəli sürdüyü tələbi ilə diqqət çəkib. BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, İsrailin xari...