Bəşəriyyət məhv olduqdan sonra planeti bu canlılar ələ keçirə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Alimlər bəşəriyyət məhv olarsa, hansı növ canlının Yer kürəsində üstünlük təşkil edə biləcəyini kəşf ediblər.
BAKU.WS xəbər verir ki, bunlar osminoqlardır. Bu barədə İngiltərənin Oksford Universitetinin alimləri araşdırma aparıblar.
Mütəxəssislər onların planeti ələ keçirmək üçün lazım olan "fiziki və zehni keyfiyyətlərə" sahib olduqlarını söyləyiblər.
Osminoqlar yüksək intellektə malikdirlər, bacarıqlıdırlar və bir-biri ilə ünsiyyət qurmağı bacarırlar.
Uzun müddət osminoqlar insanın varisi hesab olunurdu. Lakin onlar da insanlar kimi eyni təhlükələrə məruz qalırlar.
Osminoqlar yer üzündəki ən ağıllı, ən uyğunlaşan və ən bacarıqlı canlılardan biridir.
"Onların mürəkkəb tapşırıqları həll etmək, obyektləri idarə etmək və hətta dəqiqliklə gizlənmək qabiliyyəti, əlverişli şəraitdə sivilizasiya növünə çevrilə biləcəyini göstərir", - deyə nəzəriyyənin müəllifi professor Tim Coulson vurğulayıb.
Araşdırmalar göstərib ki, osminoqlar realı virtual obyektlərdən ayırmaq, tapmacaları həll etmək, çadırlarından və mürəkkəb alətlərdən istifadə etmək qabiliyyətinə malikdir.
Osminoqlar suda yaşayır, lakin quruda 30 dəqiqə yaşaya bilirlər.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...